Putini belə təhqir edən olmamışdı

Avropa İttifaqı və NATO Rusiyaya məxsus hərbi texnikanın Ukraynaya daxil olması barədə kifayət qədər sübuta malikdir.

 

Dosye.org İnterpress.az-a istinadən xəbər verir ki, bunu niderlandlı deputat Yohannes Kornelis deyib. “Rus hərbçiləri və texnikasının Ukraynaya soxulması barədə əlimizdə kifayət qədər dəlil var. Onlar peykdən çəkilən şəkillərdir. Rusiya inkar etsə də onlar başqa bir dövlətin ərazisinə zorla daxil olub. Kremlin cavabını eşitmişdik-Krım üçün də deyirdilər ki, Rusiya həbçiləri orda yoxdur, indi də Ukraynanın şərqində ruslar yoxdur. Ancaq hamı bilir ki, bu yalandır”.

Deputat Rusiyanı sərt tənqid edərək deyib ki, Avropa İtiifaqı və NATO-nun əlində faktlar var, lakin Putin bunu inkar edəcək. “Əgər Rusiya döyüşçüləri Ukraynada yoxdursa ölmüş rus əsgərləri hardandır? Rostov və Sankt-Peterburqdakı hospitallara yaralılar hardan gətirlir? Rus rəsmiləri hamını axmaq yerinə qoyaraq aldatmağa çalışır”.

COMMENTS