“Estoniya parlamenti Ukrayna parlamenti və beynəlxalq təşkilatların çağırışını dəstəkləyərək Rusiyanı hərəkətləri birgə dəf edilməli olan terrorçu rejim, Rusiya Federasiyasını terrorizmin dövlət sponsoru kimi qəbul edir”.
DOSYE.ORG “Politico” saytına istinadla qeyd edir ki, belə bir açıqlamanı Estoniya parlamenti yayıb.
Açıqlamada beynəlxalq ictimaiyyət oxşar qərarlar qəbul etməyə çağırılıb.
Beləliklə, Litva və Latviyadan sonra Estoniya Rusiyanı terrorçu dövlət elan edən üçüncü Baltikyanı parlament olub.
Parlamentdə səsə qoyulan qanun layihəsini 101 deputatdan 88-i dəstəklədiyi halda, 10 deputat səsvermədə iştirak etməyib, 3 deputat isə bitərəf qalıb.
Estoniya, Litva və Latviya dünən Avropa İttifaqı (Aİ) və beynəlxalq tərəfdaşlarla Ukraynanı dəstəkləmək üçün xüsusi məhkəmənin yaradılmasını tələb ediblər.
Litva Xarici İşlər Nazirliyi məhkəmədən Rusiyanın hücumlarını araşdırmağı, mövcud məhkəmə boşluğunu doldurmağı və Rusiyanın Ukrayna qarşısında cavabdehliyini təmin etməyi xahiş edən birgə bəyanat yayıb.
Bundan əvvəl isə BMT-nin Baş Assambleyası Rusiyanın ilhaqını təsdiq edən qərarı qəbul edib.
Oktyabrın 13-də Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 143 ölkənin səsi ilə Rusiyanın Ukrayna ərazilərinin qanunsuz ilhaqını pisləyən qətnamə qəbul edib.
COMMENTS