Putinin İttifaqı Ermənistana nə vəd edir?

Sərkisyanın Qarabağ ümidi özünü doğruldacaqmı?

 

Ermənistanın Rusiya, Qazaxıstan və Belarus prezidentləri Vladimir Putin, Nursultan Nazarbayev və Aleksandr Lukaşenkonun imzaladığı Avrasiya İqtisadi İttifaqının yaradılması haqda sazişə bir qədər gec qoşulacığını bəyan etməsi geniş müzakirələrə səbəb oldu. Hətta Ermənistanın quruma işğal altında olan Azərbaycan əraziləri ilə birgə qoşulmaq niyyətində olması ehtimalları da var idi.

Qeyd edək ki, Azərbaycan dövlət başçısı İlham Əliyev sənədi imzalayan dövlət başçılarına ünvanladığı məktubda bildirib ki, Ermənistan Ümumdünya Ticarət Təşkilatına üzvlüyün ancaq Ermənistanın BMT tərəfindən tanınmış ərazilərinə aid olduğu barədə xüsusi şərtlə bu təşkilata üzv olub. Deməli Avrasiya İttifaqına da eyni sərhədlər çərçivəsində daxil ola bilər.

Lakin Ermənistan prezidenti Serj Sərkisyan ehtimalları təkzib edib. Sərkisyan bildirib ki, ölkəsinin

Gömrük İttifaqına qəbuluna heç bir maneə yoxdur.

Sərksiyan Gömrük İttifaqına Qarabağla birgə daxil olmaq niyyətlərinin olmadığını bəyan edib. Onun sözlərinə görə, Qarabağ Ermənistanın tərkibinə daxil deyil. Ancaq Gömrük İttifaqına üzvlüyün Dağlıq Qarabağ məsələsinin həllinə yardımçı olacağı birmənalıdır.
Ermənistanın Gömrük İttifaqına üzv olmaq üçün Rusiya qarşısında hər hansı şərt qoyacağı inandırıcı deyil. Belə olan Sərkisyanın bu bəyanatı nəyə hesablanıb?

Konfliktoloq Elxan Mehdiyevin sözlərinə görə, Sərkisyan düşünür ki, Gömrük Birliyinə üzv olduğu zaman Rusiya ilə daha çox inteqrasiyalı münasibətdə olacaq. Çünki Rusiya Ermənistana daha çox rəğbətlə yanaşır. Bu da erməni tələblərinin və maraqlarının daha çox yerinə yetirilməsinə kömək edər. Sərkisyanın bəyanatı da buna hesablanıb.

COMMENTS