Rusiya prezidenti Vladimir Putinlə Almaniya kansleri Angela Merkelin telefon danışığı olub.
Dosye.org xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Tərəflər əsasən Suriyadakı məsələləri müzakirə ediblər. Həmsöhbətlər Suriyada siyasi proseslərin inkişafına ümid etdiklərini və bunda BMT-nin dəstəyinə inandıqlarını bildiriblər.
Onlar tezliklə ölkədəki böhranın nizamlanacağına inandıqlarını qeyd ediblər.
Dosye.org
COMMENTS