“Qəbələ” AZAL-la oyunun hazırlıqlarına start verdi

“Qəbələ” AZAL-la oyunun hazırlıqlarına start verdi

“Qəbələ” Azərbaycan Premyer Liqasının 10-cu turunun AZAL-la oyununun hazırlıqlarına başlayıb. 

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 9-cu turda “Zirə” ilə baş tutan oyundan (0:0) sonra məşqlərə ara verməyən “qırmızı-qaralar” ötən gün Qəbələ şəhər stadionunda hazırlıq keçib. 

Səhər baş tutan məşqdə komanda iki qrupda çalışıb. “Zirə” ilə matçın iştirakçıları fiziki və bərpaedici hazırlıq keçibsə, digər oyunçular toplu çalışmalara üstünlük verib. Zədəli Rafael Santos istisna olmaqla bütün futbolçular hazırlıqda iştirak edib. “Qəbələ” bu gün səhər növbəti məşqini keçəcək.

Xatırladaq ki, oktyabrın 28-də keçiriləcək “Qəbələ” – AZAL oyunu saat 17:00-da başlayacaq.

COMMENTS