Bu gün Avropa Liqasının II təsnifat mərhələsinin oyunları keçirilib.
Qol.Az-ın məlumatına görə, təmsilçilərimizdən “Qəbələ” də növbəti oyununa çıxıb.
Roman Qriqorçukun komandası Bakıda Serbiyanın “Çukariçki” klubunu qəbul edib. İlk matçda məğlub olmasına baxmayaraq, “Qəbələ” cavab qarşılamasında qalib gəlməyi bacarıb – 2:0. Bu nəticə ilə “Qəbələ” tarixində ilk dəfə Avropa Liqasının üçüncü təsnifat mərhələsinə yüksəlib.
Azərbaycan klubunun növbəti mərhələdəki rəqibi “Trakai” – “Apollon” cütünün qalibi olacaq.
Gürcüstan “Dinamo”su ilə oyunda məlum olaylar səbəbindən Qəbələ şəhər stadionu UEFA tərəfindən cəzalanıdırıldığı üçün bugünkü görüş Bakıda 8-ci klometr qəsəbə stadionunda keçirilib.
23 iyul
Avropa Liqası, II təsnifat mərhələsinin cavab oyunları
21:00. “Qəbələ” (Azərbaycan) – “Çukariçki” (Serbiya) – 2:0 Qollar: Sergey Zenyov, 39 (1:0), 53 (2:0)
İlk oyun: 0:1
Baş hakim: Radek Prjixoda (Çexiya)
Bakı. 8-ci klometr qəsəbə stadionu
“Qəbələ”: Dmitri Bezotosnı, Stankoviç, Rikardinyo, Ürfan Abbasov, Rafael Santos, Rəşad Sadiqov, Cavid Hüseynov (k), Aleksey Qay, Samir Zərgərov (Arif Daşdəmirov, 70), Sergey Zenyov, Aleksey Antonov, (Dodo, 90)
Ehtiyat oyunçular: Andrey Popoviç, Elvin Camalov, Məhəmməd Mirzəbəyov, Asif Məmmədov, Murad Musayev
“Çukariçki”: Nemanya Stevanoviç, Filip Stoykoviç, Boyan Ostoyiç, Lukas Pyasentin, Rayko Brejançiç (k), Draqolyub Srniç (Reqan Obeng, 55), Branislav Yankoviç (Matiç, 76), Petar Boyiç, Stoylkoviç, Slavolyub Srniç (Stanişa Mandiç, 81), Andriya Pavloviç
Ehtiyat oyunçular: Nikola Petriç, Marko Ranceloviç,, Saşa Yovanoviç, Nenad Mirosavlyeviç
COMMENTS