“Qəbələ”nin hücumçusu zədələndi

“Qəbələ”nin hücumçusu zədələndi

Azərbaycan Preyer Liqasının 12-ci turunda “İnter”i qəbul edən “Qəbələ” ciddi itki ilə üzləşib.

Qol.Az-ın məlumatına görə, “qırmızı qaralar”ın hücumçusu Sergey Zenyov zədələnib.

Oyunu davam etdirə bilməyən estoniyalı futbolçu 27-ci dəqiqədə Samir Zərgərovla əvəzlənib. Zenyovun zədəsinin nə dərəcədə ciddi olub-olmadığı hələlik məlum deyil.

Qeyd edək ki, hazırda davam edən “Qəbələ” – “İnter” matçında hesab açılmayıb.

COMMENTS