Almaniya Bundesliqasında 5-ci turun oyunları davam edir.
Qol.Az-ın məlumatına görə, “Qəbələ”nin Avropa Liqasının qrup mərhələsində rəqibi olan “Borussiya” da bu gün növbəti oyununu keçirib.
Dortmund klubu öz meydanında “Bayer”i (Leverkuzen) qəbul edib. Keçirdiyi 4 oyundan maksimum nəticə ilə ayrılan “Borussiya” bu görüşü də 3 xalla başa vurmaq niyyətində idi ki, istəyinə nail olub. Oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, bu qələbədən sonra xalını 15-ə yüksəldən “Borussiya” liderliyini qoruyub.
COMMENTS