“Qəbələ” Ozobiçlə razılığa gələ bilmir – klubdan açıqlama

“Qəbələ” Ozobiçlə razılığa gələ bilmir – klubdan açıqlama

“Qəbələ”dən komandanın yarımmüdafiəçisi Filip Ozobiçin “Qarabağ”a keçəcəyi xəbərinə münasibət bildirilib.

Klubun meneceri Səbuhi Səfiyarlı Qol.az-a açıqlamasında müqaviləsi başa çatan xorvatiyalı yarımmüdafiəçini komandada saxlamaq istədiklərini deyib:

“Ozobiçlə danışıqları davam etdiririk. Lakin razılıq əldə edə bilməmişik. Müqaviləsi başa çatdığı üçün istənilən klubla danışıq apara bilər”.

Qeyd edək ki, 27 yaşlı futbolçu 2016-cı ildən “Qəbələ”də çıxış edir. Ötən il Xorvatiya millisinə dəvət alan futbolçu iki dəfə yığmasının heyətində meydana çıxıb.

Dosye.org

COMMENTS