“Qəbələ” “Sabah”a qalib gəldi

“Qəbələ” “Sabah”a qalib gəldi

Milli komandaların oyunları ilə bağlı yaranmış fasilədən istifadə edən “Sabah” və “Qəbələ” öz aralarında yoxlama  matçı keçiriblər.

QoL.az xəbər verir ki, “Bank Respublika Arena”da keçirilən görüş bölgə təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

“Qəbələ”nin qollarını Əyyub Allaş və Bilel Auşeriya vurublar.

Qeyd edək ki, “Qəbələ” Misli Premyer Liqasında 27 turdan sonra 16 xalla sonuncu, “Sabah” 40 xalla 2-ci pillədə qərarlaşıb.

COMMENTS