“Qəbələ”də baxışda olmuş futbolçu dünyasını dəyişdi

“Qəbələ”də baxışda olmuş futbolçu dünyasını dəyişdi

Çinin “Çindao Hayno” klubunun futbolçusu Qoran Qoqiç dünyasını dəyişib.

Qol.Az-ın məlumatına görə, 29 yaşlı futbolçunun məşqdən sonra halı pisləşib.

Serbiyalı yarımmüdafiəçi dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Q.Qoqiç 2013-cü ildə “Qəbələ”də baxışda olub. Lakin o, “İnqolştadt 04”lə yoxlama matçında bəyənilməyərək geri göndərilib.

2014-cü ildə “Srvena Zvezda” ilə Serbiya çempionu olan futbolçu ötən mövsümdən Çin klubunda çıxış edirdi.

COMMENTS