Qəbələdə tarixi abidələrdən biri olan və Həzrə kəndində yerləşən Həzrə baba türbəsinin təmirə ehtiyacı var.
Dosye.org Kanal S-ə istinadən xəbər verir ki, növbəti dəfə Mədəniyyət və Turizm şöbəsinin əməkdaşları abidəni ziyarət edərək abidənin hazırkı vəziyyəti, eləcə də baxımı ilə yaxından tanış olublar.
Baxış zamanı türbənin əsaslı bərpaya ehtiyacı olduğuna qərar verilib və Mədəniyyət və Turizim Nazirliyinə müraciət olunub.
Qeyd edək ki, Mədəniyyət və Turizm şöbəsinin müraciətinə əsasən, XV-XVI əsrlərin tarixi abidəsi olan Həzrə Türbələri kompleksində təmir bərpa işləri ilk dəfə 2006 –cı ildə aparılıb. Bu işlər Mədəniyyət və Turizm Nazirliyinin 4 nömrəli Şəki Elmi Bərpa İstehsalat İdarəsinin briqadası tərəfindən görülüb.
COMMENTS