“Qəbələ”nin gücünü şişirdirlər” – Teo Uiks

“Qəbələ”nin gücünü şişirdirlər” – Teo Uiks

“Çoxları düşünür ki, “Maribor”la oyunlar bizim üçün asan olacaq. Çünki “Lill” kimi rəqibi mübarizədən kənarlaşdırmışıq”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Qəbələ”nin futbolçusu Teo Uiks xarici mətbuata açıqlamasında deyib.

Liberiyalı yarımmüdafiəçi Avropa Liqasının pley-off mərhələsində rəqibləri olan “Maribor” haqda danışarkən Sloveniya klubu ilə oyunların çətin olacağını bildirib:

“Hətta Lill” səddini aşdığımız üçün gücümüzü bir qədər  şişirdirlər. Ancaq mən hiss edirəm ki, bizim üçün çox ağır oyunlar olacaq. Rəqib Şotlandiyanın “Aberdin” kimi klubunu mübarizədən kənarlaşdırıb. Böyük Britaniya klubuna qalib gələn komanda zəif rəqib ola bilməz. “Maribor” sözsüz güclü komandadır”.

Qeyd edək ki, komandalar arasında ilk oyun avqustun 18-də Sloveniyada keçiriləcək.

COMMENTS