“Qəbələ”nin yeniyetmə futbolçuları oyundan sonra döyülüblər

“Qəbələ”nin yeniyetmə futbolçuları oyundan sonra döyülüblər

Mayın 8-i futbol üzrə Azərbaycan U-16 Liqasının hesabat turunda keçirilən “Kəpəz” – “Qəbələ” matçında xoşagəlməz hadisə baş verib.

DOSYE.ORG “Qafqazinfo”ya istinadən xəbər verir ki, Gəncədə keçirilən qarşılaşmanın final fitindən sonra qonaq komandanın futbolçuları azarkeşlər tərəfindən döyülüb.

İnsidentə səbəb isə matç zamanı “Qəbələ” futbolçularının təhqirə məruz qalması olub. Oyun başa çatandan sonra hər iki komandanın futbolçuları arasında gərginlik yaşanıb. Bu zaman meydana daxil olan üç azarkeş futbolçulara və məşqçilərə hücum çəkib. İnsident zamanı “Qəbələ”nin futbolçularından Ş.R və Ə.G ciddi xəsarət alıblar.

DİN-in mətbuat xidmətinin regional qrupundan  bildirilib ki, hadisə ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, qarşılaşma Gəncə təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb

COMMENTS