Qənirə Paşayeva Səhiyyə Nazirliyinə müraciət etdi

Millət vəkili Qənirə Paşayeva ön cəbhə kəndlərində həkim məntəqələrinin tikintisi ilə bağlı Səhiyyə nazirinə müraciət edib. Dosye.org-ın məlumatına görə millət vəkili bu haqda özünün “facebook” səhifəsində paylaşıb.

 

“Əziz Ermənistanla ön cəbhə kəndlərimiz Əlibəyli, Ağdam, Vahidli və Hacallı sakinlərimiz! Sizin Əlibəyli kəndimizdəki tibb məntəqəsinin təmiri, Ağdam, Vahidli və Hacallı kəndlərində həkim məntəqəsinin tikilməsi ilə bağlı xahişinizlə bağlı 3 gün əvvəl ölkəmizin Səhiyyə Naziri hörmətli Oqtay müəllimlə görüşdüm.

 

Bir neçə gün öncə sizinlə təkrar görüşlərimizdə Ermənistan tərəfindən atəşkəsin mütəmadi pozulması hallarını da nəzərə alaraq və ümumiyyətlə bu kəndlərdə normal səviyyəli tibb və həkim məntəqələrinin tikilməsi ilə bağlı xahişlərinizi sizin və öz adımdam cənab nazirə çatdırdım.

 

Eyni zamanda sizin həm müharibənin o qızğın illərində həm də indi necə fədakarlıqlarla ön cəbhə kəndlərimiz üçün çalışdığınızı, ən ağır zamanlarda belə heç zaman öz evlərinizi bir gün belə olsun tərk etmədiyinizi və bu gün də düşmənə öz mətanətliliyinizlə, qəhrəmanlığınızla cavab vermənizi söylədim.

 

Cənab nazir cənab Prezidentimizin hər zaman ön cəbhə kəndlərinə xüsusi diqqətlə yanaşdığını və özünün də ön cəbhə kəndləri ilə bağlı ortaya çıxan məsələlərə çox həssas yanaşdığını dedi və nazirliyin bu sahəyə məsul müavininə bu məsələnin yerində ciddi araşdırılması və kömək göstərilməsi üçün tapşırıqlarını verdi”.

COMMENTS