Qərb hərbi təlimatçıları Ukraynaya gələ bilər – Baş nazir

Qərb hərbi təlimatçıları Ukraynaya gələ bilər – Baş nazir

Qərb hərbi təlimatçıları lazımi hava hücumundan müdafiə şəraitində Ukrayna hərbçilərinə təlim keçmək üçün Ukraynaya gələ bilərlər.

Bunu Litvanın Baş naziri İnqrida Şimonite deyib.

Şimonitenin sözlərinə görə, litvalı təlimatçılar hazırda Litvanın özündə və digər tərəfdaş ölkələrin ərazisində Ukrayna hərbçilərinə təlim keçir:

“Onlara Ukraynada təlim keçmək olarmı? Düzgün hava hücumundan müdafiə ilə bu riskləri idarə etmək, şübhəsiz ki, mümkündür”.

COMMENTS