Güney Azərbaycanın qərb bölgəsindən kürd terrorizmi ilə bağlı yeni xəbər yayılıb.
Kürd terrorçuları ilə İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) qüvvələri arasında silahlı atışma olub. Oktyabrın 31-də (abanın 9-u) Makı məntəqəsində baş verən silahlı atışmada 3 kürd terrorçusu öldürülüb. Öldürülən terroristlərin biri Türkiyənin Şirnak şəhərindən olub.
Qeyd edək ki, son vaxtlar Qərbi Azərbaycan vilayətində (ostan) bir neçə soydaşımız kürd terrorizminin qurbanı olub. Səccad Əli Pənah, Əmin Beheşti, Mustafa Məhəmmədnejad, Hüseyn Məhəmmədi və Behnam Şeyxi o cümlədəndir.
Keçən aylarda 8 nəfər azərbaycanlı əsgər Sero bölgəsində kürd terrorizminin qurbanı olmuşdur.
Qeyd edək ki, kürd terror qruplaşmaları Qərbi Azərbaycanda yaşayan mühacir kürdləri terrora sövq etdirərək, Azərbaycan ərazilərini ələ keçirmək istəyir. Yaxın şərqində vəziyyət gərgiləşdiqdən sonra Qərbi Azərbaycanda kürd terrorizmi daha da aktivləşib.
COMMENTS