Top.Mail.Ru

Qərbi Azərbaycanda spirt içən 5 nəfər öldü

Qərbi Azərbaycanda spirt içən 5 nəfər öldü

İranın Qərbi Azərbaycan əyalətində koronavirusdan qorunmaq üçün spirt içən 5 nəfər ölüb.

Axar.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan Tibb Universitetinin rəisi Cavad Ağazadə danışıb.

“Spirt içib koronavirusdan qorunmaqla bağlı deyilənlər yalan və şayiədir. Bunun ağır nəticələri var”, – o bildirib.

Qeyd edək ki, İran və Güney Azərbaycanda spirtin koronavirusun qarşısını alması ilə bağlı şayiələr yayılıb. Bundan sonra bir çoxları şayiəyə inanaraq spirt içməyə başlayıb.

DOSYE.ORG

COMMENTS