Keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sabiq sədri Qərib Məmmədovun 96 saylı Goranboy-Naftalan seçki dairəsindən deputatlığa namizəd olacağı ilə bağlı mətbuatda fikirlər səsləndirilir.
Sabiq komitə sədri Qərib Məmmədov yayılan xəbərlərlə bağlı Modern.az saytına açıqlama verib:
“Parlament seçkilərində deputatlığa namizəd olacağımla bağlı mətbuatda çoxsaylı fikirlər səsləndirilir, ancaq bunlar həqiqətə uyğun deyil. Seçkilərdə iştirak etməyi düşünmürəm, haqqımda səsləndirilən fikirlər mətbuatın uydurmasıdır. Hazırda Milli Elmlər Akademiyasında akademik katib, BDU-da isə kafedra müdiriyəm. Azərbaycana yüksək ixtisaslı kadr hazırlığı ilə məşğulam”.
Qeyd edək ki, Qərib Məmmədov artıq bir dəfə deputat olub. O, 1995-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin (1-ci çağırış) üzvü seçilib.
Qərib Məmmədov 1997-2015-ci illərdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri vəzifəsində çalışıb. Bu ilin fevralında Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında fərman imzalayıb.
COMMENTS