“Qəbələ”nin oyunu təxirə salındı

“Qəbələ”nin oyunu təxirə salındı

Azərbaycan Premyer Liqasının 11-ci turu çərçivəsində bu gün keçirilən “Qəbələ” – “Kəpəz” oyunu təxirə salınıb.

Qol.Az-ın məlumatına görə, buna Qəbələ şəhərində qatı dumanın olması səbəb olub.

Meydanda görmə məhdudlaşdığı üçün görüşün baş hakimi Əliyar Ağayev 30-cu dəqiqədə oyunu yarımçıq dayandırıb. Qarşılaşmanın sabah saat 20:00-da 30-cu dəqiqədən davam etdirilməsinə qərar verilib.

Qeyd edək ki, oyunda hesab 1:0 “Kəpəz”in xeyrinə idi.

COMMENTS