“Qələbə qazanmağa çalışacağıq” – Şəhriyar Rəhimov

“Qələbə qazanmağa çalışacağıq” – Şəhriyar Rəhimov

Millimizin futbolçusu Şəhriyar Rəhimov Avro-2020-nin seçmə mərhələsində Uelslə oyun öncəsi mətbuat konfransında fikirlərini bildirib.

Qol.az xəbər verir ki, o, matçın çətin keçəcəyini deyib: “Bu seçmə mərhələ çərçivəsində doğma meydanımızda son görüşümüzə çıxacağıq. Azarkeşlərimizi sevindirmək, ölkəmizi layiqincə təmsil etmək üçün qələbə qazanmağa çalışacağıq”.

Qeyd edək ki, sabah “Bakcell Arena”da keçiriləcək Azərbaycan – Uels matçı saat 21:00-da başlayacaq.

DOSYE.ORG

COMMENTS