Qəzəllər və şeirlər

                     “BİLƏCƏK”

 

Səni çox sevdiyimi hər tərəf, hər yan biləcək,

Buda azmış kimi ey gül, bunu nadan biləcək.

 

İndi sevməkdə çətin, sevməmək ondan da çətin,

Sevilib, sevilməyi tək qanan insan biləçək.

 

Yazdığım naməni alsa oxusa tez güləcək,

Duyacaq çəkdiyimi zənn edib asan biləcək.

 

Bilmədən girdim özüm sevgi məhəbbət bağına,

Dərdiyim güləri o sevgili canan biləcək.

 

Nə olar verməginən sevgilinə dərdi-qubar,

Verdiyin istirabı qəlbində şeytan biləcək.

 

Allahın verdiyi qadınlar əmanətdir bizə,

Axır-əvvəl bunu hər bir cavan oğlan biləcək.

 

Sənin hər nazına dözdüm daha bəsdir ölürəm,

Səbəbin söyləginən Elman Nigaran biləcək.

 

                     “GƏLƏCƏK”

 

Mənə biganə baxan gözlərinə qan gələcək,

Düşünürsən ki, yenə dərdinə dərman gələcək.

 

Dağıla küfrü-bəşər aləm çönə səhralığa,

Yenədə səhralığa bir dəli insan gələcək.

 

Doğulub gəlmək istəyən yenə dövranımıza,

Ana bətnindəikən dünyaya peşman gələcək.

 

Bu həyat cümlədirsə nöqtən qoyan olmalıdır,

Nöqtəni qoymaq üçün Sahibi Zaman gələcək

 

Bir sözü Elman Nigaranda əminliklə deyir,

Yetişibdir zamanı əllərə Quran gələcək.

 

             “MƏNİM HƏYATIM”

 

Əzəldən yazılıb bəxtimə qarə,

Namərdlər vurdular urəyimə yarə.

Vurulan yarayə tapmadım çarə,

Ölüm həyatıdır mənim həyatım.

 

Bir gündə mənimdə səyahətim var,

Bu fani dünyada şücayətim var.

Öz qara bəxtimdən şikayətim var,

Maraqlı dastandır mənim həyatım.

 

Ey dünya sənədə mənim sözüm yox,

Varında, yoxunda zərrə gözüm yox.

Mənim ruhum gəzir amma özüm yox,

Bilirəm kədərdir mənim həyatım.

 

Nə qədər soruşum dağda dumandan,

Soruşmaq istədim qohum, yamandan.

Məhəmməd, Vəkili aparan andan,

Gözümdə zülmətdir mənim həyatım.

 

Üzgülür ürəyim amma ağlayır,

Hər cavan məzarı məni dağlayır.

Elman öz adına qara bağlayır,

Şad günə həsrətdir mənim həyatım.

 

            “VƏSİYYƏT SƏNƏ”

 

Mənə nə vermisən ala bilmirsən,

Çünki verdiyini belə bilmirsən.

Məni yaddaşından silə bilmirsən,

Allahda verməyib cəsarət sənə.

 

Kimlər eşqimizə şiddətlə baxdı,

Bu hislər mənidə yandırıb yaxdı.

Səni gördüyüm an ildırım çaxdı,

Ürəkdən eylədim çün nifrət sənə.

 

O vaxtlar vuruldum qara gözünə,

Bir sual vermədin özün-özünə.

Hörmətdə qoymadın dildə sözünə,

Verəcək sözlərin əziyyət sənə.

 

İndidə eşqinlə yazıram ay qız,

Söyləmə yolumdan azıram ay qız.

Qələmlə qəbrimi qazıram ay qız,

Şeirimdə verməsin heç həsrət sənə.

 

Fələk verməyəcək istəmə aman,

Bilirəm bəxtinlə olmusan yaman.

Elman məzarına qoyulan zaman,

Naməylə eyləyər vəsiyyət sənə.

 

ELMAN NİGARAN

COMMENTS