Görkəmli mütəfəkkir, maarifçi, Həsən bəy Zərdabinin əsasını qoyduğu Milli Mətbuatın 140 illiyi münasibəti ilə respublikamızda bir çox genişmiqyaslı tədbirlər həyata keçirilir.
Bu tədbirlərdən biri də QAFQAZ-MEDİA İCTİMAİ BİRLİYİNİN sədri, həkim, şairə, publisist Hacı Azadə – Taleh Abbasqızı tərəfindən şəhərin ən mötəbər otellərindən biri olan “Bulvar oteldə” həyata keçirildi. Artıq hər il bir adət halını qazanmış mətbuat gününə həsr olunmuş mərasimin keçirilməsi Hacı Azadə xanımın səmimiyyətindən və jurnalistikamıza olan xüsusi məhəbbətindən yaranır.
Sevindirici haldır ki, bu il mətbuatın yubileyinə həsr olunmuş mərasim məhz Ramazan bayramına təsadüf etdi. Çox mötəbər qonaqlar, adlı-sanlı ziyalılar, sözünün kəsəri ilə, cəsarətli qələmi ilə jurnalistikada reytinq qazanmış jurnalistlər, tanınmış incəsənət adamları bu mərasimin bəzəyi oldular.
Hamımızın sevimlisinə çevrilmiş bir çox jurnalistləri – ANS.TV-nin “Salam Azərbaycan”-layihəsinin aparıcısı Aytən Səfərova, İTV-nin “Yeni Gün” verlişinin aparıcısı Saleh Bağırovu, XƏZƏR .TV-nin ən reytinqli araştırmaçı-jurnalisti Nəcəf Həsənovu belə gözəl tədbirdə görmək bizlər böyük xoş ovqat bəxş etdi.
Adı çəkilən jurnalistlər nominasiyalara layiq görüldülər. Mərasimdə qonaqlara xoş musiqi dəqiqələri yaşadan, əvəzedilməz səs sahibi Flora xanım Kərimova da İB-nin ödül sahiblərindən birinə çevrildi. Tədbirin ən maraqlı qonaqlarından biri hər zaman həqiqəti deməkdən çəkinməyən, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı da diplom və hədiyyə ilə təltif edildi.
Tədbirdə geyim aləmində daima yeniliklər yaradan, jurnalistlərin ekran qarşısında daha cazibədar görünməsinə öz yeni geyim kolleksiyası ilə şərait yaradan modelyer Fəxriyyə xanım Xələfova da özünəməxsus ödül sahibi oldu. Mərasimdə gözəl söz sənət ustadları – şairə Cığatel İsaqızı, Qəşəm Nəcəfzadə, Səlim Babullaoğlu, Qabil Ədalət, Raifə Sərxanqızı, Nuranə Nur, Aqil Kəngərli, Südabə Sərvi, Aləmzər Əliyeva, İlham Qazaxlı, İlqar Türkoğlu diplom və hədiyyələrlə təltif edildilər.
Həmçinin Azərbaycan Yazıçılar Birliyinin məsul işçilərindən biri olan Xəyal Rza da İB-nin diplomuna layiq görüldü. Modelyer-dizayner Şəlalə Maqsudovanı və çox sevimli jurnalistimiz Sayqa Cahidi ödül alanlar sırasında görmək bizlərə çox xoş oldu. Gənclərin fəal iş prinsipi ilə fərqlənən “Addım” təşkilatı da bu mötəbər günün uğurunu qazandı, daha sonra ATV-də yayımlanan ən çox reytinq qazanmış “Qız Atası” serialı və XƏZƏR.TV-də həftə içi tamaşaçıların görüşünə gələn “Həyat, Sən Nə Qəribəsən?!”serialının bir neçə sevimli oyunçuları da diplomlara layiq görüldülər.
Belə gözəl mərasimin iştirakçılarından biri reytinqli jurnalist, mənim fəaliyyət göstərdiyim TURANXƏBƏR.AZ saytının baş redaktoru Güllər Amin Miralimbəyli də Hacı Azadə xanım tərəfindən ödül sahibinə çevrildi. Mənim də iş həyatımda Hacı Azadə xanımın böyük dəstəyi olub və bu tədbirdə də mən TURANXƏBƏR.AZ saytının redaktoru kimi “Cəsarətli Qələm” diplomuna və hədiyyəyə layiq görüldüm. Milli Qəhrəmanımız, qazimiz Arif Məhərrəmov da çıxış etdi və ödül aldı.
“Respublika” qəzetinin baş redaktoru, Rauf İlyasoğlu mətbuatda xüsusi əməyi olmuş
jurnalistkimi diploma layiq görüldü.
Populyar müğənnimiz Samira xanım da Hacı Azadə xanım tərəfindən “QAFQAZ” mükafatına layiq görüldü. Tariximizdə məşhur milyonçumuz kimi tanıdığımız Ağamusa Nağıyevin yadigarı Dilarə xanım Ağamusanın jurnalistlərə tövsiyyələri bizlərə ərməğan oldu. Özü isə İB-nin diplom sahibi oldu. Tədbirdə ilin ən sevimli serial soundtrekini səsləndirən Elmar Xəlilov da jurnalistləri təbrik etdi. QAFQAZ MEDİA İB-nin “Milli Mətbuat – 140” yeni layihəsi uğurla başa çatdı.
Dosye.org
COMMENTS