Qafqazlılar kafedə dava saldı

Rusiyada qafqazlılar arasında kütləvi dava düşüb. ANS PRESS-in “TASS”a istinadla verdiyi məlumata görə, hadisə istirahət günü “Priçal” kafesində baş verib.

Moskvanın cənub-şərqindəki, Klyuçevoy küçəsindəki kafedə baş verən davada 6 nəfər iştirak edib.

Nəticədə 3 nəfər bıçaq yarası alıb. Onlardan ikisi dava iştirakçısı, biri isə mühafizə xidmətinin işçisi olub. Onların hər üçün təcili xəstəxanaya yerləşdirilib.

İndi polis hadisənin digər iştirakçılarının axtarışına başlayıb. Dava ilə bağlı cinayət işi açılıb.

Qeyd edək ki, Moskvada kafelərdə kütləvi davalar müntəzəm olaraq baş verir.

COMMENTS