“Qalatasaray”ın hücumçusu ərəb klubuna keçdi

“Qalatasaray”ın hücumçusu ərəb klubuna keçdi

Türkiyənin “Qalatasaray” klubunun futbolçusu Qarri Rodriges Səudiyyə Ərəbistanı “Əl İttihad”ına transfer olub.

Dosye.org-un məlumatına görə, 29 yaşlı cinah oyunçusu üçün “sarı-qırmızılar”a 10,25 milyon dollar ödənilib. Onunla 4,5 illik müqavilə bağlanılıb.

Klublar arasındakı anlaşmaya əsasən, “Əl İttihad” Rodrigesi gələcəkdə 10 milyon dollardan baha sata bilsə, əlavə vəsaitin 20 faizini “Cim-Bom”a ödəyəcək.

Qeyd edək ki, Qarri Rodriges “Qalatasaray”a 2016-2017 mövsümünün qış fasiləsində transfer olub. O, ötən mövsüm qazanılan 21-ci çempionluqda böyük pay sahibi olub. Kabo Verdeli hücumçu ötən mövsüm 9 qol və 10 məhsuldar ötürmə müəllifi olub. Ümumilikdə isə Rodriges “sarı-qırmızı” forma ilə 78 matçda 16 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.

Daha əvvəl məlum olub ki, “Qalatasaray”ın sabiq baş məşqçisi İtaliya komandasına rəhbərlik edəcək.

Dosye.org

COMMENTS