Qalmaqallı internat məktəbinə jurnalistlər dəvət olundu

Bu gün mətbuatda Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 11 saylı inteqrasiya təlimli internat məktəbində lentə alınan rüsvayçı görüntülərdən sonra Təhsil Nazirliyi ciddi araşdırmalara başlayıb.

Dosye.org “Qafqazinfo”-ya istinadən xəbər verir ki, artıq nazirlik sözügedən məsələ ilə bağlı hərəkətə keçib. Hal-hazırda bir neçə jurnalist Təhsil Nazirliyinə dəvət olunub.

Jurnalistlərə bildirilib ki, onların iştirakı ilə həmin internat məktəbinə aparılacaq. Nazirlik iş vaxtının bitməsinə baxmayaraq “Qafqazinfo”nun əməkdaşı daxil olmaqla bir neçə jurnalisti həmin məkana aparmaq niyyətindədir.

Qeyd edək ki, bu gün virtualaz.org saytında Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 11 saylı inteqrasiya təlimli internat məktəbində uşaqların soyuq tualetdə (hamamda, vanna otağında yox!), özü də şlanqla öz həmyaşıdları çimizdirməsi barədə xəbər verilmişdi.

COMMENTS