Qamət Süleymanovun müavini və 40 nəfər saxlanıldı

Bakıda sələfi olduqları bildirilən şəxslərə qarşı əməliyyat keçirilib.

Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, “Farklı Lahmacun” kafesində həyata keçirilən əməliyyat zamanı “sələfi” olduğu ehtimal olunan 40-a yaxın şəxs saxlanılıb. Saxlanılanların arasında “Əbu Bəkr” məscidinin imamı Qamət Süleymanovun müavini Adil Rəcəbov da var.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, hadisə ilə bağlı nazirlik rəsmi açıqlama yayacaq. Xəbəri ilk olaraq yayan “Haqqın.az” saytı isə əməliyyatı MTN-in həyata keçirdiyini və saxlanılanların Yasamal polisinə təhvil verildiyini yazıb.

COMMENTS