Qanunsuz balıq ovlayan şəxs saxlanılıb

Qanunsuz balıq ovlayan şəxs saxlanılıb

Mingəçevirdə qanunsuz balıq ovlayan şəxs saxlanılıb.
Bu barədə DOSYE.ORG-a Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev məlumat verib.
Onun sözlərinə görə, qanunsuz ov hallarının qarşısının alınması məqsədilə Varvara Ovçuluq Təsərrüfatının ərazisində nəzarət tədbirləri keçirilib: “Nəzarət tədbirləri zamanı ərazidə qanunsuz balıq ovlayan şəxs saxlanılıb və ondan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb. Araşdırma zamanı brakonyerin Mingəçevir şəhər sakini Ceyhun Mirabov olduğu müəyyən edilib və barəsində qanunamüvafiq tədbir görülüb”.

COMMENTS