Qapıçı Beqoviç “Qarabağ”la müqavilə imzaladı

Qapıçı Beqoviç “Qarabağ”la müqavilə imzaladı

“Qarabağ”ın yeni transferi Asmir Beqoviç bu gün səhər saatlarında Bakıya gəlib.

Dosye.org klubun saytına istinadən xəbər verir ki, bosniyalı qapıçı tibbi müayinədən keçdikdən sonra klubun bazasında rəsmi müqaviləyə imza atıb. Beqoviç bu gün komanda ilə ilk məşqinə çıxacaq.

 

Qeyd edək ki, Ağdam klubu 32 yaşlı qolkiperi İngiltərə Premyer Liqasında çıxış edən “Bornmut”dan ilin sonuna qədər icarəyə götürüb.

Beqoviç İngiltərədə müxtəlif vaxtlarda “Çelsi”, “Stok Siti”, “Portsmut”, “Yovil Taun”, “İpsviç Taun”, həmçinin Belçikada “La Luvyer” komandalarında da oynayıb.

DOSYE.ORG

COMMENTS