Qara Qarayev: “Sent-Etyen”in stadionu “Tofiq Bəhrəmov”u xatırladacaq”

Qara Qarayev: “Sent-Etyen”in stadionu “Tofiq Bəhrəmov”u xatırladacaq”

“Qarabağ”ın futbolçusu Qara Qarayev Avropa Liqasının qrup mərhələsində “Sent-Etyen”lə matç öncəsi fikirlərini bildirib.

Qol.Az-ın məlumatına görə, o, oyun öncəsi keçirilən mətbuat konfransında qələbəyə oynayacaqlarını deyib:

“Sabahkı matç çətin olacaq. Məsuliyyəti dərk edirik. Qələbəyə oynayacağıq. Bu oyunda xəyallar qurmamılıyıq. Beş dəqiqə ərzində xəyal qura bilərik, amma bu bizim oyunumuza ciddi şəkildə mane ola bilər. Sabah çox maraqlı oyun olacaq. Biz bilirik ki, “Sent-Etyen”ə qarşı görüşdə stadionda 30 mindən çox azarkeş olacaq. Sabah “Sent-Etyen”in stadionu bizə Tofiq Bəhrəmov adına Respublika stadionunu xatırladacaq”.

COMMENTS