Qara Qarayevin “Malaqa”ya keçidi niyə alınmır?

Qara Qarayevin “Malaqa”ya keçidi niyə alınmır?

“Malaqa”nın Qara Qarayevlə müqavilə bağlamaq istəyi böyükdü. Lakin bir məsələ var. Avropa İttifaqının ərazisinə daxil olmayan ölkənin 18 yaşı olmayan futbolçusunu transfer etmək mümkün deyil”. Fanat.az хəbər verir ki, bu sözləri AFFA-nın baş katibi Elхan Məmmədov deyib.

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvü “Malaqa”nın maraq dairəsinə düşüb və bir neçə gün əvvəl İspaniyaya yollanıb. Elхan Məmmədov bildirib ki, hazırda onun problemini həll etməyə çalışırlar: “Biz hüquqşünaslara müraciət etmişik. Onlar məsələnin çıxış yolunu axtarır. Artıq bir neçə çıxış yolu var. İspaniyada hansısa bir yerli ailə onu öhdəliyə götürsə, keçid baş tuta bilər. Məsələn, gürcüstanlı gənc futbolçular İspaniyadakl problemlərini məhz bu yolla həll edirlər”.

COMMENTS