“Qara qızıl”ın qiyməti artır

Dünya bazarlarında neftin qiyməti bahalaşıb.

Bu barədə Oxu.Az London və Nyu-York birjalarında keçirilən hərracların nəticələrinə istinadən xəbər verir.

Belə ki, London birjasında Brent markalı neftin iyul fyuçerslərinin qiyməti 1,59% artaraq bir barelə görə 51,65 dollar olub.

Nyu-York birjasında WTI neftinin bir bareli 1,65% bahalaşaraq 48,63 dollara satılıb.

Dosye.az

COMMENTS