Qarabağ əlili ailəsini götürüb Suriyaya getdi

Azərbaycandan daha bir nəfər ailəsi ilə birlikdə Suriyaya gedib

 

Xudat şəhərində xəvaric qruplaşmasının rəhbəri Vaqif Talıbov Türkiyə vasitəsilə Suriyaya gedərək cihada qoşulub. V. Talıbov ailəsini də özü ilə birlikdə aparıb.
Məlumata görə, V. Talıbov II qrup Qarabağ əlilidir. Lakin onun Suriyada İŞİD-ə, yoxsa digər radikal qruplaşmalara qoşulduğu məlum deyil.
Mənbə onu da bildirib ki, iyun ayından etibarən Şimal bölgəsindən Suriyaya gedənlər intensivləşib. Məlumata görə, son dövrlər təkcə Xaçmaz rayonundan Suriyaya 56 nəfər gedib.

 

COMMENTS