“Qarabağ ərazisində silahlı ermənilərin olması təxribat mənbəyidir” – Korotçenko

“Qarabağ ərazisində silahlı ermənilərin olması təxribat mənbəyidir” – Korotçenko

Rusiyalı politoloq: “%əsmi İrəvan bütün silahlı birləşmələrin, həmçinin nizami qoşunların Azərbaycanın Qarabağ regionundan tamamilə çıxarılması barədə üzərinə öhdəlik götürüb”

“Ermənistan artıq 2 ildir ki, təxribat və qeyri-sabitlik mənbəyi olan silahlı birləşmələrin Azərbaycan ərazisindən çıxarılması ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir”.

AzNews.az ‘Report”-a istinadən xəbər verir ki, bunu hərbi ekspert, “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko bildirib.

O deyib ki, rəsmi İrəvan bütün silahlı birləşmələrin, həmçinin nizami qoşunların Azərbaycanın Qarabağ regionundan tamamilə çıxarılması barədə üzərinə öhdəlik götürüb: “Təəssüf ki, bu öhdəliklər hələ də yerinə yetirilməyib. Ərazidə silahlı ermənilərin olması təxribat və diversiya mənbəyidir. Təəssüf ki, bu dəfə də belə oldu. Azərbaycan ordusunun hərbçisi həlak olduqdan sonra Qarabağ ərazisində olan Ermənistan qanunsuz hərbi birləşmələrinin terror-diversiya fəaliyyətinin gələcək mənfi fəsadlarını minimuma endirmək məqsədilə “Qisas” əməliyyatı keçirildi”.

“Ümid edirik ki, bu hadisə lokal xarakterli olacaq və daha miqyaslı eskalasiyaya gətirib çıxarmayacaq. Bununla belə, Rusiya da rəsmi İrəvan qarşısında məsələ qaldırmalıdır ki, Paşinyan demaqoqiyadan əl çəkib bütün erməni silahlı birləşmələrinin çıxarılması ilə bağlı əməli fəaliyyətə başlasın. Əks halda bu, qlobal, nəzarət olunmayan fəsadlara səbəb ola və həm yerli əhalinin, həm rusiyalı sülhməramlıların, həm də Azərbaycan vətəndaşlarının həyat və təhlükəsizliyinə təhdid yarada bilər”, – ekspert hesab edir.

Onun sözlərinə görə, Paşinyana təzyiq edərək üçtərəfli bəyanatı imzalamaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsinə siyasi yolla məcbur etmək lazımdır.

COMMENTS