“Qarabağ”a uduzmaq nokauta düşmək kimi olar”

“Qarabağ”a uduzmaq nokauta düşmək kimi olar”

“Qarşıda bizi üç vacib oyun gözləyir. Hər üç görüşdə qələbə qazanmaq istəyirik”.

Qol.Az-ın məlumatına görə, bu sözləri “Sent-Etyen”in futbolçusu Jeremi Klemen klubun rəsmi saytına açıqlamasında deyib.

30 yaşlı futbolçu Avropa Liqasının qrup mərhələsində qarşılaşacaqları “Qarabağ”la matçın həlledici olacağını deyib: “Qarabağ”a məğlubiyyət nokauta kimi olar. Avropa Liqasında iki önəmli matçımız var. “Qarabağ”la oyun həlledici olacaq və hətta uduzmaq nokauta düşmək kimi olar. Lakin bundan öncə bizim “Nant”la səfər matçımız var. Hazırda yalnız bu oyun haqda düşünürük. Turnir cədvəli baxımından bu matç bizim üçün çox önəmlidir”.

Qeyd edəl ki, noyabrın 27-də keçiriləcək “Sent-Etyen” – “Qarabağ” oyunu saat 00:05-də başlayacaq.

COMMENTS