Bu gün Avropa Liqasının qrup mərhələsində II turun oyunları keçiriləcək.
Qol.Az-ın məlumatına görə, təmsilçilərimizdən “Qarabağ” da növbəti sınağına çıxacaq.
Qurban Qurbanovun komandası Bakıda Belçikanın “Anderlext” klubunu qəbul edəcək.
İlk turda “Tottenhem”ə uduzan Ağdam klubu doğma meydanda, 33 qat Belçika çempionu ilə oyunda ilk xalını qazanmağa çalışacaq.
1 oktyabr
Avropa Liqası, qrup mərhələsi
II tur
J qrupu
22:00. “Qarabağ” (Azərbaycan) – “Anderlext” (Belçika)
Baş hakim: Oliver Draxta (Avstriya)
Bakı. T.Bəhramov adına Respublika stadionu
COMMENTS