Top.Mail.Ru

“Qarabağ” APOEL-dən güclüdür” – “Düdelanj”ın müdafiəçisi

“Qarabağ” APOEL-dən güclüdür” – “Düdelanj”ın müdafiəçisi

“Kiprdəki qələbə bizim üçün xeyirli idi. Ancaq bu, bizi qrupda favorit halına gətirmir.Nəzəri cəhətdən biz daha zəif komandayıq və rəqiblərimizi təəccübləndirəcək gücdəyik. Baş məşqçi bizə dedi ki, çox da fikir eləməyin. Bu matçlardan həzz almağımızı və əylənməyimizi istəyir”.

Qol.az-ın Lüksemburq mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri “Düdelanj”ın müdafiəçisi Rikardo Delqado Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda “Qarabağ”la oyun öncəsi deyib.

O, Ağdam klubunun ilk turda məğlub etdikləri APOEL-dən daha güclü olduğunu bildirib: “Çempionatın son oyunundakı qələbə möhtəşəm idi. Amma “Qarabağ”la oyun tamamilə fərqlidir.  Çətin oyun olacq. “Qarabağ” APOEL-dən fərqli komandadı. Məncə, “Qarabağ” daha güclüdür.  Hamımız bilirik ki, “Sevilya” qrupun favoritidir. Ancaq işlərimiz yaxşı getsə, mümkün qədər xal qazana bilərik. Qrupdakı vəziyyətimizi də sonda görəcəyik. Hiss edirəm ki, Sinani qol imkanı əldə etsə, qaçırmayacaq. Komandamızın potensialına inanıram və 90 dəqiqənin sonunda hamımızın əylənəcəyinə ümid edirəm”.

DOSYE.ORG

COMMENTS