“Qarabağ” axtardığı hücumçunu İtaliyada tapdı

“Qarabağ” axtardığı hücumçunu İtaliyada tapdı

Mahir Emrelinin “Qarabağ”a lazımi faydanı verə bilməməsi komandanın yeni forvardla güclənməsini labüd edir.
İyuldan bəri çox sayda əcnəbiylə müqavilə detalları müzakirə olunsa da, ağdamlılar hələ də Mahirin ümidinə qalıb. Biri gəlmək istəmir, digəri pulda razılaşmır, bir başqası son anda daha yaxşı təklif alır.
Fanat.Az xəbər verir ki, “Qarabağ”axtardığını İtaliyada tapıb. Belə ki, çempionun bu ölkənin B seriyasında çıxış edən “Kyevo”nun forvardı Manuel Puççiarellinin keçidini həll etmək üçün “qollarını çırmaladığı” deyilir. Daha doğrusu, italiyalı həmkarlarımız bu haqda yazıb. Xəbərə inansaq, klubu ilə birillik müqaviləsi olan 29 yaşlı hücumçuya son təklif “Qarabağ”dan gəlib və tərəflər arasında danışıqlar davam edir.
DOSYE.ORG

COMMENTS