“Qarabağ” bu gün Avropa Liqasının qrup mərhələsində 3-cü tur oyununa çıxacaq.
Qol.az xəbər verir ki, Ağdam təmsilçisi səfərdə Almaniya “Bayer”i ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Oyunun baş hakimi rumıniyalı Horatiu Feşniç olacaq.
Qeyd edək ki, “Qarabağ” keçirdiyi ilk 2 oyunda maksimum nəticə göstərib – 6 xal. Qurban Qurbanovun komandası əvvəlcə “Molde”yə, daha sonra “Hekken”ə qalib gəlib. Eyni uğura “Bayer” də nail olub. Hazırda top fərqinə görə qrupda “Bayer” liderdir, “Qarabağ” isə 2-cidir.
Avropa Liqası, qrup mərhələsi, 3-cü tur
23:00. “Bayer” (Leverkuzen, Almaniya) – “Qarabağ” (Azərbaycan)
Hakimlər: Horatiu Feşniç, Valentin Avram, Alexandru Cerei, Szabolks Kovaks
“BayArena”.
20:45. “Molde” (Norveç) – “Hekken” (İsveç)
COMMENTS