“Qarabağ” “Beşiktaş”a Juninyonun qiymətini açıqladı

“Qarabağ” “Beşiktaş”a Juninyonun qiymətini açıqladı

“Beşiktaş”ın idman direktoru Səməd Aybaba “Qarabağ” rəhbərliyi ilə Olavio Juninyonun transferi üçün görüşüb.

DOSYE.ORG İdman.biz-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin “Fotosport” nəşri məlumat yayıb.

Bildirilib ki, artıq Azərbaycan çempionunun braziliyalı forvard üçün istədiyi məbləğ dəqiqləşib. İstanbul təmsilçisi transferi reallaşdırmaq üçün 8 milyon avro ödəməlidirlər.

Türkiyə mətbuatı bu məbləğin “Beşiktaş” üçün çox olduğunu və danışıqların davam etdirildiyini də vurğulayıb.

Qeyd edək ki, bu mövsüm Juninyo “Qarabağ”ın heyətində meydana çıxdığı 43 matçda 23 qol və 7 asistlə yadda qalıb.

COMMENTS