Ötən gün Fransa Liqa 1-də “Trua” ilə qarşılaşmada xal itirən (1:1) “Olimpik Marsel”in baş məşqçisi Xorxe Sampaoli ötən həftə Bakıda “Qarabağ”a 3:0 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununu yenidən dəyərləndirib.
Fanat.Az “Lephoceen” nəşrinə istinadən xəbər verir ki, argentinalı mütəxəssis təmsilçimiz haqqında xoş sözlər söyləyib:
“İndiki futbolda ən vacibi qələbə qazanmaqdır. Matçların məzmununa demək olar ki, fikir vermirik. Ancaq nəyin bahasına olursa-olsun, qələbə arzusunun hakim olduğu bir vaxtda vurduğu qolu ləğv elətdirən “Qarabağ”ı təbrik etdim. “Qarabağ” bizə azadlıq dərsi keçdi, onlar sərbəst futbol oynadılar, nəticəyə çox önəm vermədilər”.
Qeyd edək ki, “Qarabağ”ın hücumçusu İbrahima Vadji 34-cü dəqiqədə “Marsel”in qapısına yol taparaq, hesabı bərabərləşdirib – 1:1. Bundan sonra qonaqların futbolçuları və məşqçilər heyəti seneqallı forvardın əllə fərqləndiyini bildiriblər. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun müdaxiləsindən sonra baş hakim Bartoş Frankovski qolu ləğv edib.
DOSYE.ORG
COMMENTS