Çempionlar Liqasında II təsnifat mərhələsinin oyunları davam edir.
Qol.Az-ın məlumatına görə, ölkəmizi qitənin ən nüfuzlu klub turnirində təmsil edən “Qarabağ” bu gün ilk oyununa çıxıb.
Qurban Qurbanovun komandası doğma meydanda Monteneqro çempionu “Rudar”ı qəbul edib. Bu görüşdə sensasiyalı nəticə qeydə alınıb. Matçın favoriti Ağdam klubu hesabı olunsa da, qalib gələ bilməyib. Qarşılaşma 0:0 hesabı ilə başa çatıb.
Qeyd edək ki, bu komandalar arasında cavab matçı iyulun 22-i Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
15 iyul
Çempionlar Liqası, II təsnifat mərhələsinin ilk oyunu
21:30. “Qarabağ” (Azərbaycan) – “Rudar” (Monteneqro) – 0:0
Baş hakim: Sebastyan Koltesku (Rumıniya)
Tofiq Bəhramov adına Respublika stadionu
COMMENTS