“Qarabağ”da Aqolliyə vəzifə verilir? – Alban mediası

“Qarabağ”da Aqolliyə vəzifə verilir? – Alban mediası

“Qarabağ”ın albaniyalı müdafiəçisi Ansi Aqollinin bu mövsümün sonunda karyerasını bitirəcəyi ilə bağlı xəbər ölkəsində müzakirəyə səbəb olub.

Qol.az-ın məlumatına görə, yayılan söz-söhbətə reaksiya verən Albaniyanın “Supersport.al” saytı “Yanlış narahatlıq, Aqolli hələlik gələcəyi ilə bağlı qərar verməyib” başlıqlı yazıda 36 yaşlı futbolçunun yayda yetirməsi olduğu “Tirana” klubuna qayıda biləcəyini qeyd edib. Sayt onun “Qarabağ”da qalmaq ehtimalını da istisna etməyib:

“Azərbaycanda Aqollinin karyerasını bitirəcəyi ilə bağlı yayılan xəbər qəribə hislər yaratdı. Sabiq “Tirana”lı bütün alban azarkeşlərin qəlbində xüsusi yerə sahibdir. Çünki o, az danışıb, meydanda çox iş görən futbolçulardandır. Aqolli gələcəyi il bağlı hələlik qərar qəbul etməyib. Hazırda o, “Qarabağ”ın düşərgəsində təlim-məşq toplanışındadır və mövsümün ikinci hissəsinə hazırlaşır. Düzdür, onun Azərbaycan klubu ilə müqaviləsi bu ilin iyununda başa çatacaq. Amma müxtəlif variantları var: 36 yaşlı futbolçu “Qarabağ”da futbolçu karyerasını davam etdirə və ya ona klubda başqa iş verilə bilər. Həmçinin Albaniyaya qayıdışı da istisna deyil. “Tirana” azarkeşləri onu sevgi ilə qarşılamağa hazırdır. Onlar heç vaxt təcrübəli futbolçunun karyerasını ilk addımlarını atdığı komandada başa vurmasına qarşı olmayıblar”.

Qeyd edək ki, Aqolli 2010-cu ildən “Qarabağ”da çıxış edir.

Dosye.org

COMMENTS