“Qarabağ”da ciddi itki – “Sportinq”ə qarşı oynamayacaq

“Qarabağ”da ciddi itki – “Sportinq”ə qarşı oynamayacaq

“Qarabağ”ın futbolçusu İnnosent Emeqara zədələnib.

Klubun mətbuat xidmətindən Qol.az-a verilən məlumata görə, o, ötən gün “Sabah”la Topaz Premyer Liqası matçından (1:1) öncə isinmə hərəkətləri zamanı sıradan çıxıb. Menisk yırtığı olan İ.Emeqara zədə səbəbindən Avropa Liqasının 5-ci turunda “Sportinq”lə oyunu buraxacaq. 29 yaşlı hücumçunun nə zaman yaşıl meydanlara qayıdacağı məlum deyil.

Qeyd edək ki, “Qarabağ” – “Sportinq” görüşü noyabrın 29-u saat 21:55-də başlayacaq.

Dosye.org

COMMENTS