Qarabağ döyüşçüsü prezident İlham Əliyevə MÜRACİƏT ETDİ

Qarabağ döyüşçüsü prezident İlham Əliyevə MÜRACİƏT ETDİ

“Yeni Gundem” xəbər verir ki, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar pr 5, mənzil 30 ünvanında yaşayan Cəlilov Məhərrəm Eyvaz oğlu ev problemi yaşadığı ücün ölkə rəhbərliyindən kömək istəyir:

Mən Sizin səxavətinizə inanaraq bu məktubu yazıram. Mən hal-hazırda qeyd etdiyim ünvanda 4 nəfər ailəmlə birlikdə 1 otaqlı evdə yaşayıram. Bunun üçün də göydə Allah, yerdə Sizdən köməklik gözləyirəm. Çox xahiş edirəm mənə köməklik edəsiniz, Odur ki, mənim müraciətimi nəzarətinizə götürərək, köməklik göstərməyinizi Sizdən çox xahiş edirəm. Vətən üçün, dövlət üçün, torpaq üçün döyüşən,Qarabag veteranıyam Mən inanıram ki, siz mənə köməklik edəcəksiniz.

Cənab Prezident! Mən Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə mərdliklə vuruşmuş, Qarabağ veteranıyam. Qeyd edim ki,3 May 1967 ci ildə Qərbi Azərbaycanın Göyçə mahalı Basarkeçər rayonu Guney kəndin də dünyaya göz açmışam.Qərbi Azərbaycanda baş verən konfiliktlər vaxtı ailəm ilə birlikdə Şəki şəhərinə köçərək orada məskunlaşmışıq. Ailədə 4 qardaş 1 bacı olmuşuq. Hərbi xidməti bitirdikdən sonra ata və anamın razılığı olmamasına baxmayaraq, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərə yüzlərlə vətənpərvər qardaşlarımız kimi könülü olaraq Qarabağa yollandım. Qeyd edim ki,döyüş yolum 1993-1996-cı illər Ağdam və Tərtər cəbhəsindən keçir. Döyüşdə olduğum bölgələr Ağdərə,Mərquşavan, Çaylı,Madagez olub. Döyüşdüyüm Tərtər rayonundan evlənmişem. Ailəliyem: 2 oğlan övladım var. Yazaraq sizi məlum edirəm ki, Qarabağ veteranıyam,ailəliyəm.Ailədə dörd (4) nəfərik.Yaşadığımız dənizçilər yataqxanasında dörd nəfərlik ailə üzvülərimlə birlikdə bir (1) otaqlı darısqal evdə yaşayırıq.Ailə vəziyyətimə görə ev şəraitimizin yaxşılaşdırılması üçün 16.05.2014 cü ildə Bakı şəhəri Yasamal Rayon icra hakimiyyətinə müraciət etmişəm.Həmin tarixdən ev növbəsinə alınsamda,bu vaxtacan heç bir iş görülməyib.Mənim ailəmin rahat yaşaması üçün bu barədə lazımı orqanlara sərancam vermənizi xahiş edirik. Daima dövlətimizin keşiyinidə durmaga haziram.

DOSYE.ORG

COMMENTS