“Qarabağ” “Ferentsvaroş”a qarşı – Yenilənir

“Qarabağ” “Ferentsvaroş”a qarşı – Yenilənir

Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək.

Qol.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” Macarıstanda “Ferentsvaroş”la qarşılaşacaq.

Budapeştdə keçiriləcək görüş Bakı vaxtı il saat 22:00-da başlayacaq. Bakıdakı ilk oyun 1:1 hesabı ilə nəticələndiyindən hər iki komandanın mərhələ keçmək şansı bərabər qiymətləndirilə bilər.

Qeyd edək ki, cütün qalibi pley-offda “Şerif” (Moldova) – “Viktoriya” (Çexiya) duelinin güclüsü ilə qarşılaşacaq. Məğlub komanda isə Avropa Liqasının pley-offunda “Şemrok Rovers” (İrlandiya) – “Şkupi” (Şimali Makedoniya) cütünün qalibi ilə qarşılaşacaq.

9 avqust

Çempionlar Liqası

3-cü təsnifat mərhələsinin cavab oyunu

22:00. “Ferentsvaroş” (Macarıstan) – “Qarabağ” (Azərbaycan)
Baş hakim
: Karlos del Serro Qrande (İspaniya)
Budapeşt. “Ferensvaroş” stadionu
İlk oyun – 1:1

COMMENTS