“Qarabağ” “Gent”lə cavab oyununa çıxır

“Qarabağ” “Gent”lə cavab oyununa çıxır

“Qarabağ” bu gün Konfrans Liqasının pley-off mərhələsində “Gent”lə cavab oyununa çıxacaq.

Qol.az xəbər verir ki, Ağdam təmsilçisi Belçika klubu ilə bu dəfə səfərdə üz-üzə gələcək. “Gelamko Arena”da oynanılacaq görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Qarşılaşmanı Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək.

Bu komandalar arasında Bakıdakı ilk matçda “Qarabağ” 1:0 hesablı qələbə qazanıb. Təmsilçimiz iki oyunun cəmində də qalib gələrsə, avrokuboklarda 1/8 finala adlayan ilk Azərbaycan klubu olacaq.

Konfrans Liqası, pley-off mərhələsi

Cavab oyunu

00:00. “Gent” (Belçika) – “Qarabağ” (Azərbaycan)

Hakimlər: Uilyam Kollam, Frensis Konnor, David Rum, Nikolas Uolş (hamısı Şotlandiya)

VAR: Devid Kut (İngiltərə)

Gent, “Gelamko Arena”

İlk oyun – 0:1.

 

COMMENTS