“Qarabağ”ın “Dinamo” ilə oyunu baş tutmayacaq

“Qarabağ”ın “Dinamo” ilə oyunu baş tutmayacaq

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ”ın iyulun 6-da “Dinamo” (Kiyev) klubu ilə keçirəcəyi yoxlama görüşü baş tutmayacaq.

Qol.Az-ın xəbərinə görə, bu barədə məlumatı Ukrayna klubunun rəsmi saytı yayıb.

Saytda həmin gün “Dinamo”nun Ağdam təmsilçisi ilə deyil, Polşa klubu “Legiya” ilə qarşılaşacağı vurğulanıb.

Qeyd edək ki, “Qarabağ” iyulun 15-də Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Bakıda Monteneqronun “Rudar” klubunu qəbul edəcək.

COMMENTS