“Qarabağ”ın İtaliyaya səfər planı müəyyənləşib

“Qarabağ”ın İtaliyaya səfər planı müəyyənləşib

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində ilk səfər matçına yollanacağı tarix müəyyənləşib. 

Qol.az xəbər verir ki, bu haqda məlumat verən klubun direktoru Əmrah Çəlikəl “Fiorentina” ilə oyuna görə sentyabrın 27-də İtaliyaya üz tutacaqlarını bildirib.

Çəlikəl səfərə 2 gün əvvəl yollanmağı nəzərdə tutduqlarını söyləyib. Təmsilçimiz Bakıdan Florensiyaya çarter reysilə gedəcək.

Xatırladaq ki, “Fiorentina” – “Qarabağ” matçı sentyabrın 29-da Bakı vaxtilə saat 23:00-da keçiriləcək (sportnet.az).

COMMENTS