UEFA Avropa liqasinin qrup mərhələsinin növbəti oyunu zamanı Bakıda keçirilən “Qarabağ” – “Dnepr” oyunu zamanı bədbəxt hadisə qeydə alınıb.
Oyundan öncə stadiona azarkeşlərin girişi zamanı sıxlıq yaranıb.
Stadionun 11-ci sektoruna buraxılışı nəzərdə tutan dəmir qapının aşması nəticəsində Sabir Mirzəyev adlı şəxsin başına düşüb. Hadisə zamanı S.Mirzəyevin gözü dağılıb.
Yaralı gənc təcili tibbi yardımla 1 saylı şəhər xəstəxanasına aparılıb. Xəstəxanadan verilən məlumata görə, hadisə vaxtı xəsarət alan Sabir Mirzəyev müayinə olunur.
Hələlik onun aldığı xəsarətlərin dərəcəsi müəyyən edilməyib.
COMMENTS